Martın 6-dan 7-dək Respublikanın daxili işlər orqanları 94 cinayət faktı qeydə alıb ki, onların da 14-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 27 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı