Fevralın 27-dən 28-dək Respublikanın daxili işlər orqanları 97 cinayət faktı qeydə alıb ki, onların da 17-si “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 1-nin açılması təmin olunub.
Axtarışda olduğuna görə 19 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı