Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanaraq istintaqa cəlb olunub.
Belə ki, 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il dekabrın 16-dan cari il yanvarın 16-dək olan müddətdə Bakı şəhər sakinləri olan 5 qadının ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Sakit Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı