Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların 19-u “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 27 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı