Yanvarın 17-də Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini olan qadın yanvarın 8-də mobil telefonunun oğurlandığını bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxri Ellazgil olduğu, həmin gün qohumu olan digər bir qadına qarşı da zor tətbiq edərək mobil telefonunu aldığı, həmçinin onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı