Yanvarın 14-də Balakən rayon sakini Nurlan Sabirovun aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 23 radələrində Talalar kəndi ərazisində yolu keçən Tülü kənd sakini Nurlan Sabirovun müəyyən edilməyən avtomobillə vurulduğu və xəsarətlə xəstəxanaya yerləşdirildiyi məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Audi” markalı avtomaşınla törədildiyi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Xalatala kənd sakini Şaban Dibirov polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı