Bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında güllələnmə olub. 1992-ci il təvəllüdlü Hüseynov Məzahir Əziz oğlu münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, o, rayon ərazisindəki bazarda ticarətlə məşğul olub. M.Hüseynov şəxsi münaqişə zəminində tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində tanışı ona odlu silahdan atəş açıb. Nəticədə M.Hüseynov ayağından güllə yarası alıb. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən şəxsin kimliyi də məlum olub. Hadisəni törədən şəxs məcburi köçkün, 1991-ci il təvəllüdlü Ramin Kərimovdur. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Şəmkirdə baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Şəmkir rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.