Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Bilgəh qəsəbəsi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin kənarına quraşdırılan alüminiumdan olan çəpəri oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanıb.
Araşdırmalarla onların paytaxt sakinləri Hüseyn Ağayev və Kamran Ağayev olmaları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı