Yanvarın 10-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa vaxtda müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əmiraslanov olduğu müəyyən edilib. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Saxlanan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı