Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Ağaverdi Qarayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 20,134 qram heroin aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 180,025 qram heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən A.Qarayevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Görülmüş tədbirlərlə narkovasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Elçin Xankişiyev də saxlanıb. Baxış zamanı ondan 2,015 qram heroin götürülüb.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı