Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə L.Məmmədbəyli küçəsindəki kompyuter salonlarından birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Əməliyyat qrupu tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla salona pəncərədən girmək yolu ilə 9 ədəd oyun aparatı, noutbuk və 9 ədəd pultun oğurlandığı məlum olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu 3 nəfərin törətdiyi müəyyən edilib. Görülmüş tədbirlərlə Bakı şəhər sakinləri Fərid Şabanov, Ağa Əsgərov və Elvin Vəliyev saxlanıb. Onlar törətdikləri bu cinayət əməlini etiraf edib.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı