Yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.
Dərhal Xəzər RPİ 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Buzovna qəsəbəsində yaşayan bir qadına zor tətbiq edərək soyğunçuluq yolu ilə 532 manatının və mobil telefonunun alındığı müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Məmmədtağı İsmayılov və İsmayıl Əliyev olduğu məlum olub.
Hər iki şəxs istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı