Yanvarın 6-da Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə bir nəfərin baş nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla zərərçəkmişin Köhnə Corat qəsəbə sakini Rauf Heybətov olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb.
Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Nəzərov saxlanaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı