Yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.
Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla ötən il dekabrın 21-dən bu il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlandığı məlum olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb. Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanıb. Onlar törətdikləri əməli etiraf edib.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı