Dekabrın 23-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pərviz Məmmədov vurulub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədildiyi müəyyən edilib. Hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü - Füzuli rayon sakini Həsənağa Hümbətov polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı