Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Geely” markalı avtomobil şübhə doğurduğundan onu saxlayıb.
Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı sürücü leşlərin 2 ədəd dağ keçisi, 2 ədəd porsuq və 4 ədəd dovşan olduğunu və onları aldığını bildirib.
Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub.
Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı