Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu qanunazidd əməllə məşğul olan şəxslər məısuliyyətə cəlb olunub, külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Polis əməkdaşları tərəfindən şübhəli bilinən 3 nəfər saxlanaraq Polis İdarəsinə gətirilib. Araşdırmalar zamanı onların şəhər sakinləri Rəşad İsrafilov, əvvəllər məhkum olunmuşlar Sabir Novruzov və Yalçın Məmmədov olduqları müəyyən edilib.
Üzərlərinə baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.
Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 1 kiloqram 270 qram olduğu, R.İsrafilovdan 440, S.Novruzovdan 440 və Y.Məmmədovdan 390 qram marixuana götürüldüyü barədə rəy verilib.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı