Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub. Uşaq xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.