Qusar RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində törədilmiş oğurluq faktının üstü açılıb.
DİN Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayon sakini Samir Sultanov cari ilin dekabr ayının 7-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus samovarın oğurlandığını bildirib. S.Sultanov rayon ərazisində yerləşən N.Nərimanov adına parkda çayçılıq fəaliyyəti ilə məşğul olurmuş. Oranı bağlı saxlamağından istifadə edən oğrular pəncərəni sındırma yolu ilə içəri daxil olaraq oradan ona məxsus 1 ədəd 40 litrlik, təxminən 200-300 manat civarında dəyərləndirilən samovarı oğurlayıblar.
Qusar RPŞ-də yaradılan əməlliyat qrupu tərəfindən aparılan operativ xidmət nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olmuş Sevindik Nazirov və digər məhkumluq həyatı yaşamış şəxs Daşdəmir Salmanov saxlanıb.
Dindirilmə zamanı onlar törətdikləri əməli etiraf edərək, oğurladıqları samovarı rayon ərazisində fəaliyyət göstərən əlvan metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər. Həmin samovar qəbul məntəqəsindən maddi sübüt kimi götürülüb.
Faktla bağlı Qusar RPŞ-nin İB-də araşdırmalar aparılır.
Nizam HƏMİDOV polis leytenantı