İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Natiq Abdullayevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Polis Şöbəsində aparılan araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Məmmədov olduğuı aydınlaşıb.
Ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, cari ilin oktyabr-dekabr ayları ərzində rayon ərazisində daha 2 baş qoyunu, 1 baş inəyi oğurlaması, həmçinin bir rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən noyabrın 26-da avtomobilin qaçırılmasında onunla birgə iştirak etmiş qohumu da müəyyən edilib və görülmüş tədbirlərlə Əliqulular kənd sakini Xəlil Xəlilov da saxlanaraq istintaqa təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı