Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub.
Araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən kompyuter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanovdan zor tətbiq edəcəkləri hədəsilə 280 manat aldıqları məlum olub.
Faktla əlaqədar cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər müəyyən edilərək saxlanıb, istintaqa təhvil verilib.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Aqşin Camalov və Emil Qurbanov olduqları müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı