Dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtobusla törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən qeyd edilən avtobusun sürücüsü - şəhər sakini Elman Musayev saxlanaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı