Dekabrın 20-də Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindən Yevlax rayon sakini Ramil Salmanova məxsus “VAZ-2101” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yunis İmanov saxlanaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdi.
Davam etdirilən əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvləri də saxlanıb. Araşdırmalarla onların Xırdalan şəhər sakini Kənan Quliyev, Gəncə şəhər sakinləri Nəsrəddin Həsənov və İntiqam Rzayev olmaları müəyyən edilib.
Araşdırmalar aparılır.
Natiq CAVADOV, DİN Mətbuat Xidmətinin əməkdaşı