Dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Rasim Çəltikovun getdiyi istiqamət müəyyən edilib. O, Xaçmaz rayonu ərazisində “Yalama” Sərhəd Keçid Məntəqəsində Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Natiq CAVADOV, DİN Mətbuat Xidmətinin əməkdaşı