Gömrükdə xeyli sayda pirotexniki vasitə müsadirə olunub.
Dövlət Gömrük Komitəsindən “Trend”-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetin olub-olmadığı barədə sorğu-sual edilib. Vətəndaş cavabında idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş predmetin olmadığını bildirib.