Dekabrın 16-da Şəki Mərkəzi Rayon Xəstəxanasından rayon sakini Eşqin Nəbiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ŞRPŞ əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərlə həmin şəxsin rayonun Böyük Dəhnə kənd sakini 1971-ci il təvəllüdlü Vaqif Şükürov olduğu müəyyən edilib. O,şəxsi münasibətlər zəminində həmkəndlisi E.Nəbiyevə xəsarət yetirdiyini etiraf edib.
Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Mahir Məsimov polis leytenantı