Dekabrın 6-da polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib.
Xəzər RPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 29-da rayon ərazisində 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaqani Xairov, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini Elməddin Şahiyev saxlanaraq istintaqa təhvil verilib.
Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən noyabrın 12-də 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məlikov və Əhməd Babayev saxlanıb. Onların noyabrın 10-da evlərin birinin qarşısından xalça oğurladıqları da müəyyən edilib.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində noyabrın 5-də şəhər ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Sərvan Əhmədov saxlanaraq istintaqa təhvil verilib. Onun cari ilin fevral-avqust ayları ərzində daha 2 velosiped, 6 evdən məişət əşyaları və 1 nəfərin mobil telefonunu oğurladığı da müəyyən edilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı