Naxçıvan Hərbi Məhkəməsində hakim Qasım Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Vəkil Vüqar Xasayevin Trend-ə verdiyi məlumata görə, qapalı keçirilən prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb. İyunun 24-də dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.