Bu gün Nərimanov rayon Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Azərbaycan Beynəlxalq Bankından (ABB) 170 milyon manat kredit götürərək mənimsəməkdə təqsirləndirilən, hazırda həbsdə olan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuzun barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsi barədə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, prosesdə hakim E.C.Yavuzun barəsində seçilmiş həbs qətimkan tədbiri barədə Nərimanov rayon məhkəməsinin qərarını ləğv edib. Məhkəmənin qərarı ilə E.C.Yavuz azadlığa buraxılıb.