Bakıda intihar hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə mayın 21-də Ağa Nemətulla küçəsi 79 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, "İnteryer-S” MMC-nin direktoru, 1962-ci il təvəllüdlü Söhbət Qəhvəddin oğlu Hacıyev ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından dünyasını dəyişib.
S. Hacıyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.