Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov vəkili ilə görüşüb.
Bu barədə Trend-ə V.Ələsgərovun vəkili məlumat verib. Vəkil bildirib ki, o bu gün V.Ələsgərovla Penitensiar Xidmətin Naxçıvandakı İstintaq təcridxanasında görüşüb: "Səhhəti və saxlanma şəraiti ilə maraqlandım. Heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır. Sabah yenidən görüşəcəyəm və müəyyən məsələləri müzakirə edəcəyik".