Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, Nəsimi rayonunda fəaliyyət göstərən notariat kontorunun rəhbəri Kəmalə Hüseynzadə hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verərək qeyd edib ki, 2012-ci ildə bir nəfərə müvəqqəti şəxsiyyət vəsiqəsi ilə etibarnamə versə də, onun kimliyini xatırlamır. Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Proses mayın 12-də davam edəcək.