Salyanda polis adından istifadə edib dələduzluq edən şəxslər tutulub. Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Aşağı Kürkənd kənd sakini, 2000-ci il təvəllüdlü Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 000 manat alıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.