Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb. Bu barədə Trend-ə təqsirləndirilən şəxs N.Rəhimovun yaxınları məlumat verib.
Məlumata görə, N.Rəhimov barəsindəki cinayət işi yekunlaşaraq məhkəməyə göndərilsə də, Sabunçu rayon Məhkəməsi cinayət işini yenidən istintaqa qaytarıb.
Bildirilir ki, H.Rəhimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.
Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Sonra N.Rəhimovun barəsindəki inzibati həbs tədbiri 4 aylıq qəbs-qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.
Ötən ay N.Rəhimov barəsindəki cinayət işinin istintaqı yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilmişdi.