Bakıda yaşayış evinə basqın olub. APA-nın məlumatına görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 74 yaşlı Vaqif Musayevin yaşadığı evə girən 3 maskalı şəxs onun və həyat yoldaşı, 68 yaşlı Nəcibə Musayevanın əl-qolunu və ağızlarını yapışqan lentlə bağlayaraq mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət əşyalarını da götürərək qaçıb.