Bakıda Taxıl Kombinatının direktorunun qətli ilə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Bakı şəhər Prokurorluğundan bildirilib. Qeyd olunub ki, bu gün paytaxtın Hövsan qəsəbəsində, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib.
Dərhal polis və prokurorluq əməkdaşlarının, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.