Suriyanın Mədayə şəhərində insanlar aclıqdan ölür, buraya təcili humanitar yardım tələb olunur. Baki-xeber.com-un kommersanta istinadən xəbərinə görə, belə bir açıqlama ilə BMT-nin Suriyada humanitar yardımlar məsələsi üzrə xüsusi nümayəndələri Yakub Hellu və Kevin kennedi çıxış edib. Onların birgə bəyanatı qurumun saytında yerləşdirilib.
Bəyanatda deyilir:”Mədayədə təxminən 42 minə yaxın insan aclıqdan əziyyət çəkir. İnsanlar aclıqdan ölür. Şəhəri tərk etmək istəyənlər isə öldürülür, ailələri daha pis duruma düşür”. Bəyanatda bildirilir ki, bu şəhərə sonuncu dəfə humanitar yardım ötən ilin oktyabrında gəlib. Koordinatorların sözlərinə görə, Suriyanın 15 işğal olunmuş rayonunun 400 min sakininin humanitar yardıma ehtiyacı var. Onlar qarşı duran tərəfləri aclıqdan qırılan insanlara humanitar yardımdan faydalanmağa imkan yaratmağa çağırıb, eyni zamanda xatırladıblar ki, beynəlxalq qanunlar yaşayış məskənlərinə və dinc sakinlərə hücumlarla yanaşı, insanların bu şəkildə blikadada saxlanmasını da qadağan edir.