Bu gün səhər saatlarında İzmir metrosunda qəza hadisəsi baş verib. Baki-xeber.com-un Habertürkə istinadən xəbərinə görə, Evka 3-Fahrettin Altay reysi üzrə hərəkət edən qatar hələlik bilinməyən səbəbdən aşıb.
Xəbərə görə, olay yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən qüvvələri cəlb olunub. Dəqiq say açıqlanmasa da, xeyli yaralının olduğu bildirilir.