"Jiquli" işıq dirəyinə çırpılıb, sürücü vəfat edib

Bakıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib. Belə ki, Yüzbaşov Elnur Rafiq oğlu idarə etdiyi “VAZ-21074” minik markalı avtomobillə Ələt qəsəbəsi ərazisində hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə maşın daş hasara və elektrik dirəyinə çırpılıb. Sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Mətləb