Sabirabadda ev yanıb, 4 nəfər ölüb

Sabirabad rayonunda 4 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin informasiya daxil olub.
Məlumatla əlaqədar müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub. Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.
Mətləb