Goranboyda qardaş bacısını bıçaqlayıb

Goranboy rayonunda qadın qardaşı tərəfindən bıçaqlanıb. Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü G. Nəcəfova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfovdur. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Mətləb