Ağsuda “Mercedes" aşıb, sürücü xəstəxanada ölüb

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bir neçə gün əvvəl 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlbaba oğlu idarə etdiyi “Mercedes Benz E220 minik” markalı avtomobili ilə hərəkət edərkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Sürücü R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Ağsu Rayon Mərkəzi Xəstəxanasında ötən gün vəfat edib. Fakta görə cinayət işi başlanılıb.
Mətləb