Biləsuvarda narkokuryerdən 10 kiloqram narkotik vasitə götürülüb- polis

Biləsuvar polisi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib və 38 yaşlı Elnur Məmmədovu saxlayıb. DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan mətbuata verilən məlumata görə, ondan, ümumilikdə, 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Mətləb