Yevlaxda minik avtomobili partlayıb

Yevlaxda minik avtomobilində baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb. Belə ki, Süleyman adlı şəxsə məxsus “Mitsubişi” markalı avtomobilin yük yerində olan qaz balonunda baş verən yanğın partlayışa səbəb olub. Nəticədə Süleyman və avtomobildə olan bir nəfər yanıq xəsarətləri alıb, avtomobilə ciddi ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb