Dünən axşam saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi “Mitsubishi Pojero” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə olan 7 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan ikisi azyaşlıdır. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.
Mətləb