Yol qəzası daha bir nəfərin ölümünə səbəb oldu. Hadisə Astarada baş verib. Belə ki, qəzada moped sürücüsü ölüb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi axşam saatlarında rayonun Deqədi kəndi ərazisində qeydə alınıb. Sərxan Məlikovun idarə etdiyi "Ford Transit" markalı avtomobil Seləkəran kənd sakini Ruslan Əliyevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü ölüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mətləb