Daha bir yol qəzası Cəlilabad rayonunda baş verib. Hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər rayon sakini - 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva xəsarət alıb. Onlar dərhal rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb