Ölkə ərazisində daha bir dəhştli yol qəzası baş verib. Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb. Şabran rayonu ərazisində minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü - 1980-ci il təvəllüdlü Kamil Talışinski və 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəza nəticəsində üç nəfər - 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəyi oğlu və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov ölüb.
Mətləb