Dünən ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.