Lənkəran sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət edərək, gecə saatlarında naməlum şəxs tərəfindən pul və mobil telefonunun açıq talama yolu ilə alındığını bildirib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun sözügedən hadisədən bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq əməlinə görə saxlanılan, həbs olunmasından ötrü məhkəməyə vəsatətlə müraciət edilsə də, məhkəmə tərəfindən humanistlik göstərilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Riyad Əlizadə olduğu müəyyən edilib. Bununla bağlı R.Əlizadənin həbs olunması üçün təkrarən rayon məhkəməsinə vəsatətlə müraciət edildikdən sonra, onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Mətləb